...

Bakıda qaynaqçı günvurmadan ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 İyul 2011 12:55 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu ərzisində Dəmir-Beton zavodunda qaynaqçı işləyən Yardımlı rayon sakini Firudin Aslanov iş başında dünyasını dəyişib.
Bakıda qaynaqçı günvurmadan ölüb (ƏLAVƏ OLUNUB)

Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər 10:06-da yayılıb)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qaynaqçı günvurmadan ölüb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu ərzisində dəmir-beton zavodunda qaynaqçı işləyən Yardımlı rayon sakini Firudin Aslanov iş başında dünyasını dəyişib.

Şahidlərin verdiyi məlumata görə, Aslanov zavodun həyətində qaynaq işləri apararkən müvazinətini itirərək yerə yıxılıb və aldığı xəsarətdən dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə günvurma səbəb olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda "AKB İnşaat" şirkətinə məxsus beton zavodunda işləyən, Saray qəsəbə sakini Firudin Aslanovun üzərinə dəmir parçası düşüb və Aslanov bunun nəticəsində ölüb.

Xəbər lenti

Xəbər lenti