...

Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-4)

Hadisə Materials 24 İyul 2011 00:01 (UTC +04:00)
Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb (ƏLAVƏ OLUNUB-4)

Atışma qurbanlarının sayı barədə məlumat yenilənib (ilk xəbər iyulun 22-də 19:59-da yayılıb)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Norveçdə gənclər düşərgəsindəki atışma və paytaxtdakı partlayış nəticəsində ölənlərin ümumi sayı 98 nəfərə çatıb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Hər bir hadisənin qurbanlarının dəqiq sayı barədə məlumat verilmir.

Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır.

Partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb.

Hadisənin səbəbi araşdırılır. Binalardan birinin yanında yanmış avtomobilin qalıqları görünüb. Hadisə yerinə polis, tibbi xidmət və yanğınsöndürən maşınlar gəlib.

Şahidlərin ifadələrinə görə, yaxınlıqdakı məhəllələri tüstü bürüyüb. Yaxınlıqda yerləşən binalardan insanlar təxliyyə olunur.

Partlayışla əlaqədar üç nəfər şübhəli şəxs polis tərəfindən tutulub.

Eyni zamanda Oslonun ətrafındakı gənclər düşərgəsində polis geyimli bir şəxsin odlu silahdan açdığı atəş nəticəsində azı 85 nəfər həlak olub.

Polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Bildirilir ki, saxlanılan ultra-sağçı qruplaşmalarla bağlı olan etnik norveçlidir və onun paytaxtdakı partlayışla əlaqəsi var.

Xəbər lenti

Xəbər lenti