...

Xəzərin Qazaxıstan hissəsində qanunsuz nərə balığı ovu edən Azərbaycan gəmisi saxlanılıb

Hadisə Materials 8 Avqust 2011 16:18 (UTC +04:00)
Azərbaycanın "Çıraq" mədən-nəqliyyat gəmisi avqustun 7-də "Qazaxıstanın Sərhəd Xidmətinin sahil mühafizəsinin regional idarəsi tərəfindən Xəzərin Qazaxıstan hissəsində saxlanılıb.
Xəzərin Qazaxıstan hissəsində qanunsuz nərə balığı ovu edən Azərbaycan gəmisi saxlanılıb

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanın "Çıraq" mədən-nəqliyyat gəmisi avqustun 7-də "Qazaxıstanın Sərhəd Xidmətinin sahil mühafizəsinin regional idarəsi tərəfindən Xəzərin Qazaxıstan hissəsində saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Kazinform" yazır.

"Baxış zamanı gəminin anbarında 400 ədəd nərə balıq və 39 yeşik qadağan edilmiş balıq ovu ləvazimatı aşkarlanıb", - Qazaxıstanın Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verib.

Heyət üzvü 8 nəfərdən ibarət olan gəmi xarici gəminin Qazaxıstanın sərhəd qaydalarını pozması və qanunsuz ovçuluq fəaliyyəti ilə bağlı prosessual qərarların qəbul edilməsi üçün Bautino limanına göndərilib.

Xəbər lenti

Xəbər lenti