Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (225-ci) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Hacıqabul rayon prokuroru Tariyel Qurbanov məlumat verib.
FHN-nin məlumatına görə, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.
Hacıqabulda baş verən partlayışla bağlı yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb
Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (225-ci) maddəsi ilə cinayət işi başlanıb
