...

İranda qadınları zorlayan 4 nəfər ölüm hökmünə məhkum edilib

Hadisə Materials 11 Avqust 2011 14:12 (UTC +04:00)
İranın İsfahan vilayətinin Xomeyni Şəhr şəhər Məhkəməsi qrup şəklində zorlamada təqsirləndirilən on nəfərdən dördünü edama məhkum edib.
İranda qadınları zorlayan 4 nəfər ölüm hökmünə məhkum edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 avqust /Trend/

İranın İsfahan vilayətinin Xomeyni Şəhr şəhər Məhkəməsi qrup şəklində zorlamada təqsirləndirilən doqquz nəfərdən dördünü edama məhkum edib. Trend-in məlumatına görə, bu barədə ISNA informasiya agentliyi məlumat verib.

Həbs olunanların üçü 50-75 şallaq zərbəsinə, eləcə də 5 ildən 15 ilədək müddətə həbs cəzasına məhkum edilib.

Ölümə məhkum edilən dörd iranlı bilavasitə zorakılıq edilməsində təqsirləndirilir. Digər üç nəfər isə cinayətkarlarla əlbir olmaqda ittiham edilir.

Təqsirləndirilənlərin ikisi bəraət qazanıb və sübutlar olmadığına görə azad ediliblər.

Bu cinayət geniş ictimai rezonansa səbəb olub. İctimaiyyətin polisə göstərdiyi təzyiq səbəbindən istintaq sürətləndirilib və hökm cinayətkarlar həbs edildikdən iki ay sonra çıxarılıb.

Cari ilin mayında kişilərdən ibarət qrup Xomeyni Şəhr şəhərində qonaqlar qəbul edilən zaman fərdi evə soxulublar, kişilərin hamısını otağa salıblar və gecədə iştirak edən qadınları zorlayıblar.

İyunda İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejey bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən 14 nəfər həbs edilib. Onlara qarşı qrup şəklində zorlama ittihamı irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti