...

Ucarda ağır yol qəzası olub; ölənlər və yaralı var

Hadisə Materials 16 Avqust 2011 12:49 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də saat 06:30 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində Bərdə rayon sakini Şaiq Şükürzadə "Daewoo Espero" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Ağdaş rayon sakini Heydər Əliyevin idarə etdiyi "T-40" markalı traktorun qoşqusuna vurub.
Ucarda ağır yol qəzası olub; ölənlər və yaralı var

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ucarda ağır yol qəzası olub, 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də saat 06:30 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində Bərdə rayon sakini Şaiq Şükürzadə "Daewoo Espero" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Ağdaş rayon sakini Heydər Əliyevin idarə etdiyi "T-40" markalı traktorun qoşqusuna vurub.

Nəticədə Şükürzadənin sərnişinləri Rəhim Quliyev və Mikayıl Kazımov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişini Qorxmaz Nəcəfov isə xəstəxanaya yerləşdiriliblər. Şükürzadə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti