...

Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobus aşıb, ölən var

Hadisə Materials 16 Avqust 2011 17:31 (UTC +04:00)
Dağıstanda ikimərtəbəli avtobus aşıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub. Bu barədə Trend-ə Mahaçqala Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobus aşıb, ölən var

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Dağıstanda ikimərtəbəli avtobus aşıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub. Bu barədə Trend-ə Mahaçqala Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

"Moskva vaxtı ilə saat 14:50-də FHN-ə məlumat daxil olub ki, "Dağıstanın Süleyman-Stal rayonunun ərazisində "Qafqaz" federal şossesində Bakıdan Rostova gedən "Mersedes" markalı ikimərtəbəli avtobus aşıb", - Komissiyadan bildirilib.

Məlumata görə, avtobusda cəmi 47 sərnişin olub, onlar arasında uşaq yoxdur. İlkin məlumata görə, bir nəfər həlak olub.

Digər xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Avtobus aşandan sonra yanğın baş verməyib, yolda hərəkət dayandırılmayıb.

Xəbər lenti

Xəbər lenti