...

Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulublar

Hadisə Materials 19 Avqust 2011 13:37 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulublar

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildən oğurluq edən Gürcüstan vətəndaşları tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Mütalib Niftullayevin mənzilindən açıq qalmış pəncərədən girmək yolu ilə 1 ədəd noutbuk, 1 ədəd mobil telefon və 58 manat oğurlamış Gürcüstan vətəndaşları İrabli Zvilov, Dato Abubardia və Tomike Miminoşvili tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti