...

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib

Hadisə Materials 5 Sentyabr 2011 13:09 (UTC +04:00)
Bakı-Qazax yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakı-Qazax yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Goranboy rayonunda, Bakı-Qazax avtomobil yolunun 331-ci kilometrliyində "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücülər yaralanıb. Yaralılardan biri xəstəxanaya aparılıb, digəri isə avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin şəxsi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülüb.

Xəbər lenti

Xəbər lenti