...

Rusiyada Azərbaycanın balıqçı gəmisi saxlanılıb

Hadisə Materials 12 Sentyabr 2011 21:02 (UTC +04:00)
Rusiya Federal Tətqiqat Bürosu Sərhəd İdarəsinin Dağıstan üzrə əməkdaşları tərəfindən 225 №208 saylı qəbul-nəqliyyat gəmisi saxlanılıb
Rusiyada Azərbaycanın balıqçı gəmisi saxlanılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Rusiya Federal Tətqiqat Bürosu Sərhəd İdarəsinin Dağıstan üzrə əməkdaşları tərəfindən 225 №208 saylı qəbul-nəqliyyat gəmisi saxlanılıb və ona baxış zamanı gəminin Azərbaycana məxsus olduğu aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə "RİA Dağıstan" xəbər verib.

Gəminin göyərtəsində 700 kq-a yaxın nərə balığı və "kallada" tipli 1500 qırmaqlı özütutan qurğu aşkarlanıb ki, bunlar gəminin dənizdə qeyri-qanuni balıqçılıqla məşğul olduğunu sübut edir. Hazırda gəmi təhqiqat işlərinin aparılması üçün Mahaçqala dəniz limanındadır.

Ötən il sərhədçilər tərəfindən Azərbaycan bayrağı ilə üzən dörd gəmi saxlanılaraq yoxlanılıb.

2011-ci ildə sərhədçilər Xəzər dəniz hövzəsində yeddi xarici gəmidə baxış aparıblar ki, bunlardan ikisi qeyri-qanuni fəaliyyət göstərib.

Onların qeyri-qanuni fəaliyyət göstərdiyini sübut edən bütün hüquqi-prosessual sənədlər hazırlandıqdan sonra onlara Bakı limanına getmək təklif olunur və sənədlərin bir nüsxəsi Azərbaycan Dövlət Sərhəd Xidmətinə göndərilir.

Xəbər lenti

Xəbər lenti