...

Gömrükçülər Türkiyədən qanunsuz yolla gətirilən çoxlu sayda telefon aşkar ediblər

Hadisə Materials 17 Sentyabr 2011 11:03 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gömrükçülər Türkiyədən qanunsuz yolla gətirilən çoxlu sayda telefon aşkar ediblər

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gömrükçülər Türkiyədən qanunsuz yolla gətirilən çoxlu sayda telefon aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Rüfət Şıxamirova məxsus baqaj Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçirilib.

Baxış zamanı onun çamadanından 37 ədəd "BlackBerry Bold 9900" və 10 ədəd "BlackBerry 9800" markalı mobil telefonlar, həmin telefonlara aid qutular və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti