...

Bərdədə ağır yol qəzası olub

Hadisə Materials 17 Sentyabr 2011 13:52 (UTC +04:00)
Bərdədə ağır yol qəzası baş verib.
Bərdədə ağır yol qəzası olub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bərdədə ağır yol qəzası baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da saat 16:00 radələrində Bərdə şəhəri ərazisində, şəhər sakini Süleymanov Müşfiqin idarə etdiyi "VAZ-2107" markalı və Alaçadırlı kənd sakini İlqar Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə Süleymanovun sərnişini Xəqani Əzizov hadisə yerində ölüb, xəsarət almış Məmmədov və sərnişinləri Nemət Əzizov və Nazilə Əzizova isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti