...

Bakıda iki sərnişin avtobusu və bir minik avtomobili toqquşub, 6 nəfər xəsarət alıb

Hadisə Materials 21 Sentyabr 2011 13:17 (UTC +04:00)
Bakıda iki sərnişin avtobusu və bir minik avtomobili toqquşub, xəsarət alanlar var.
Bakıda iki sərnişin avtobusu və bir minik avtomobili toqquşub, 6 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iki sərnişin avtobusu və bir minik avtomobili toqquşub, xəsarət alanlar var.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Xətai rayonunda "Otoyol" və "Daewoo" markalı sərnişin avtobusları və "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

"Otoyol" markalı sərnişin avtobusu aşıb, içərisində olan 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti