...

Gədəbəydə ev yanıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 11 Oktyabr 2011 12:58 (UTC +04:00)
Gədəbəydə ev yanıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Gədəbəydə ev yanıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gədəbəydə ev yanıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Trend-in çərşənbə axşamı Fövqıladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, rayonun Qızıltorpaq kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli fərdi evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu 1980-ci il təvəllüdlü Somuyev Aqşin Əli oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı orada olan 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti