...

Türkiyədə kürd separatçılar tərəfindən 24 hərbiçi öldürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Oktyabr 2011 11:33 (UTC +04:00)
Terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 nəfər həlak olub, 18 hərbiçi yaralanıb.
Türkiyədə kürd separatçılar tərəfindən 24 hərbiçi öldürülüb (ƏLAVƏ OLUNUB)

Yaralıların sayı əlavə olunub (ilk xəbər saat 11:24-də yayılıb)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 nəfər həlak olub, 18 hərbiçi yaralanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti məlumat verib.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti