Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 6 ay əvvəl mənzildən oğurluq edən qadın yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 29-da Rəşid Behbudov küçəsində yaşayan Səidə İbrahimovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron sakini Qalina Babayeva oktyabrın 21-də tutulub.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakıda 6 ay əvvəl mənzildən oğurluq edən qadın yaxalanıb
Bakıda 6 ay əvvəl mənzildən oğurluq edən qadın yaxalanıb.
