...

Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri yanıq xəsarəti alıb

Hadisə Materials 4 Noyabr 2011 12:44 (UTC +04:00)
Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri yanıq xəsarəti alıb.
Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri yanıq xəsarəti alıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri yanıq xəsarəti alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən cümə günü yaydığı məlumata görə, Sumqayıt şəhərində "Daewoo" markalı minik avtomobili və "Qazel" markalı yük avtomobil toqquşub.

Qəza zamanı baş vermiş yanğın hər iki avtomobilin yanar hissələrinin yanmasına və minik avtomobilinin sürücüsünün yanıq xəsarətləri almasına səbəb olub.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti