...

Aeroport şosesində ağır yol qəzası baş verib, xəsarət alanlar var (FOTO)

Hadisə Materials 18 Noyabr 2011 15:37 (UTC +04:00)
Aeroport şosesində, Mərdəkana gedən yolda cümə günü günorta saatlarında ağır yol qəzası baş verib.
Aeroport şosesində ağır yol qəzası baş verib, xəsarət alanlar var (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/

Aeroport şosesində, Mərdəkana gedən yolda cümə günü günorta saatlarında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "BMW" markalı avtomobil "LADA 21015" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində "BMW" markalı avtomobil aşıb.

Qəza nəticəsində iki nəfərin ağır yaralandığı bildirilir, onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

İlkin ehtimala görə, avtomobillər yüksək sürətlə hərəkət ediblər.

Xəbər lenti

Xəbər lenti