Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bomba qoyulması barədə yalan məlumat verən 13 yaşlı yeniyetmə saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, noyabrın 29-da saat 12:36-da naməlum şəxs mobil telefondan nazirliyin Növbətçi Hissələri İdarəetmə Xidmətinə zəng edərək "Bomba var" deyərək dəstəyi asıb.
Araşdırmalar zamanı yalan məlumatın Qaraçuxur qəsəbə sakini 13 yaşlı R.K. tərəfindən verilməsi müəyyən edilib.
O, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bomba qoyulması barədə yalan məlumat verən 13 yaşlı yeniyetmə saxlanılıb