...

İranda zəlzələ baş verib

Hadisə Materials 1 Dekabr 2011 14:16 (UTC +04:00)
Bu gün səhər İranın Kirman əyalətinin Rabər şəhərində 3,5 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir T.Cəfərov/

Bu gün səhər İranın Kirman əyalətinin Rabər şəhərində 3,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın IRNA xəbər agentliyi məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 10:31-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti