...

Türkiyədə yenidən zəlzələ baş verib

Hadisə Materials 12 Dekabr 2011 15:56 (UTC +04:00)
Bu gün günorta saatlarında Türkiyənin Van şəhərində yenidən zəlzələ baş verib.
Türkiyədə yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün günorta saatlarında Türkiyənin Van şəhərində yenidən zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,4 bal təşkil edib. Bu barədə bazar ertəsi Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində itki və dağıntı yoxdur.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Qurbanların sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Edremit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti