Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Bakıda baş verən yol qəzasında bir nəfər ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, dekabrın 23-ü saat 01:40 radələrində Babək prospektində Əhməd Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə idarəetməni itirməsi nəticəsində səkiyə dəyib və aşıb.
Nəticədə sərnişin Elxan Rəhimov hadisə yerində ölüb.
Bakıda "Mercedes" aşdı, ölən var
Bu gün Bakıda baş verən yol qəzasında bir nəfər ölüb
