Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Biləsuvarda civə satan şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Masallı rayon sakinləri Cəlal Səfərovun idarə etdiyi "Opel" markalı avtomaşının sərnişini Rafiq Əkbərov 6 kiloqram civəni 15 min manata satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Biləsuvarda civə satan şəxs tutulub
Biləsuvarda civə satan şəxs tutulub.
