...

Dünən Azərbaycanda yol qəzası nəticəsində 6 nəfər ölüb

Hadisə Materials 2 Yanvar 2012 14:49 (UTC +04:00)
Dünən Azərbaycanda yol qəzası nəticəsində 6 nəfər ölüb.
Dünən Azərbaycanda yol qəzası nəticəsində 6 nəfər ölüb

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dünən Azərbaycanda yol qəzası nəticəsində 6 nəfər ölüb.

Trend-in DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, yanvarın 1-də saat 15:30 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Tovuz rayon sakini Həmid Həbibin idarə etdiyi "Nissan Qaşqay" markalı və Masallı rayon sakini Yalçın Fətullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə hər iki sürücü və Həbibin sərnişinləri, övladları - 4 yaşlı Amid və 2 yaşlı Gülşən aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini, arvadı Vüsalə isə xəstəxanaya yerləşdirilib.

Bundan əlavə yanvarın 1-də saat 20:00 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Orxan Əşrəfov idarə etdiyi "Opel" markalı avtomaşını yolun kənarındakı maneəyə vurub. Nəticədə Əşrəfovun sərnişini, Gəncə şəhər sakini Hüseyn Qasımov xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış Əşrəfov və digər sərnişinləri Xəyal Qafarov, Telman Mansurov isə xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 1-də saat 18:40 radələrində Qax rayonu ərazisində Başqax kənd sakini Zaza Rostiaşvili idarə etdiyi "Opel Vectra" markalı avtomaşınla Qaraboldu kənd sakini Qabil Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Əliyev orada ölüb.

Xəbər lenti

Xəbər lenti