...

Bakının mərkəzində minaatan mərmisi tapılıb

Hadisə Materials 6 Yanvar 2012 13:39 (UTC +04:00)
Bakının mərkəzində minaatan mərmisi tapılıb.
Bakının mərkəzində minaatan mərmisi tapılıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində minaatan mərmisi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonunda inzibati binanın ərazisində təmir-tikinti işləri aparılan vaxt partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib, daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 millimetrlik minaatan mərmisidir.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti