...

Bakıda mağaza sahibi müştərisini qətlə yetirib

Hadisə Materials 7 Yanvar 2012 10:12 (UTC +04:00)
Bakıda mağazada qətl olub.
Bakıda mağaza sahibi müştərisini qətlə yetirib

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda mağazada qətl olub.

Sabunçu rayon prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, dünən saat 22:30 radələrində Zabrat 1 qəsəbəsində yerləşən ərzaq mağazasında Rafael və Kamil Fərəcov qardaşları mağaza sahibi Rabil Musayev arasında mübahisə düşüb.

Mağaza sahibi mübahisə zamanı bıçağı Rafael Fərəcovun boğazına soxub. Kamilə isə bir neçə bıçaq xəsarəti yetirib.

Rafael Fərəcov aldığı xəsarətdən yerində keçinib, yaralı isə xəstəxanaya yerləşdirilib.

Musayev saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti