...

Çeçenistanda döyüşdə iki hərbiçi həlak olub, 14-ü yaralanıb

Hadisə Materials 9 Yanvar 2012 10:09 (UTC +04:00)
Çeçenistanın Vedeno rayonundakı döyüşdə iki hərbiçi həlak olub, 14-ü yaralanıb, üç yaraqlı isə məhv edilib.
Çeçenistanda döyüşdə iki hərbiçi həlak olub, 14-ü yaralanıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Çeçenistanın Vedeno rayonundakı döyüşdə iki hərbiçi həlak olub, 14-ü yaralanıb, üç yaraqlı isə məhv edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bazar ertəsi məlumat verib.

10-15 nəfərdən ibarət bir qrup yaraqlı bazar günü Vedeno rayonunda aşkar edilib. Daxili qoşunların hərbiçiləri banditləri təqib etməyə başlayıblar, lakin onlar dağlıq meşə ərazisində gizlənməyə çalışaraq silahlı müqavimət göstəriblər. Xüsusi əməliyyatın keçirildiyi rayon hərbiçilər tərəfindən mühasirəyə alınıb.

Mənbənin məlumatına görə, xüsusi əməliyyatın gedişində iki hərbiçi həlak olub, 14-ü yaralanıb.

"Hərbiçilər bu itkilərə əsasən mina partlayışı nəticəsində məruz qalıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər onlardan ikisinin vəziyyətini ağır qiymətləndirir", - agentliyin müsahibi bildirib.

Əməliyyat iştirakçıları yaraqlı dəstəsinin azı üç iştirakçısını məhv etməyə nail olublar.

Xəbər lenti

Xəbər lenti