...

DİN Bakı Avropa Liseyinin qarşısındakı qəzada zərərçəkənlərin adını açıqlayıb

Hadisə Materials 12 Yanvar 2012 13:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakı Avropa Liseyinin qarşısında baş verən qəzada zərər çəkmiş şəxslərin adını açıqlayıb.
DİN Bakı Avropa Liseyinin qarşısındakı qəzada zərərçəkənlərin adını açıqlayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Bakı Avropa Liseyinin qarşısında baş verən qəzada zərər çəkmiş şəxslərin adını açıqlayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də saat 12:00 radələrində Yasamal rayonu ərazisindəki yol qəzası şəhər sakini Akif Ağamirzə oğlunun idarə etdiyi "KamAZ" markalı avtomaşının əyləcində yaranmış texniki nasazlıq səbəbindən baş verib.

"KamAZ"la yolun kənarında dayanmış, Bakı şəhər sakinləri Süleyman İsmayılova məxsus "Hyundai-Sonata", Natiq Pənəhova məxsus "Nissan TİİDA", Etibar Qafarova məxsus "Mercedes-BENZ", Ceyran Xəlilovaya məxsus "VAZ-2107", Pavel Malışevə məxsus "Toyota-Prado", Allahyar Rüstəmova məxsus "QAZ-3110", Murad Abdullayevə məxsus "Mazda", Azər Rəsulova məxsus "Hyundai-Elantra", Masallı rayon sakini Zaur Məmmədova məxsus "VAZ-2106", Sabirabad rayon sakini Pərviz Seyidovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Toyota-Avalon", Tərtər rayon sakini Vahid Xəlilova məxsus "AzSamand" və Ağsu rayon sakini Fərman Alışovun idarə etdiyi 77 saylı xətt üzrə işləyən "İsuzu-Urban" markalı avtomaşınlar vurulub.

Nəticədə "İsuzu Urban" markalı avtobusun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri İlkin Məmmədova və Pərviz Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti