Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda köməksiz vəziyyətdə qalmış balıqçılar xilas olunub.
Trend-in şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, cümə gün Lənkəran rayonu, Siyavar kəndi yaxınlığında 2 nəfər balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxıb və mühərrikdə yaranmış nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalıblar.
Balıqçıların sahildən, təxminən, 5 km aralıda tapılaraq xilas olunması təmin edilib.