...

Azərbaycan dövlətini müstəqil islam dövləti kimi təbliğ edən ədəbiyyatlar aşkar edilib

Hadisə Materials 16 Yanvar 2012 14:14 (UTC +04:00)
Azərbaycanda qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan şəxslər tutulublar.
Azərbaycan dövlətini müstəqil islam dövləti kimi təbliğ edən ədəbiyyatlar aşkar edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan şəxslər tutulublar.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş broşüralar, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kassetlər, 100-ə yaxın dini ayələr aşkar edilərək götürülüb.

Götürülən ədəbiyyatlar sırasında , o cümlədən Azərbaycan dövlətini Müstəqil İslam Dövləti kimi təbliğ edən Terrorizm və Müstəqil Müsəlman icmalarını təbliğ edən broşüralar da aşkar edilib.

Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilib.

Şəki şəhər polis şöbəsinin və Milli Təhlükəsizlik Nazirliyinin Şəki rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan, Şəki şəhər sakinləri Şahmurad Ağabalayevin, Cahangir Çələbiyevin, Sani Heydərovun, Aydın Mülayimovun evlərinə baxış zamanı oradan 26 ədəd dini kitab, 6 ədəd kitabça, 7 ədəd vərəqə, 1 ədəd əllə yazılmış dəftər, 1 ədəd buklet, 1 ədəd videokaset və 7 ədəd disk aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılıb.

Xəbər lenti

Xəbər lenti