Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bir gündə iki qadın intihar edib.
Beyləqan rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, rayonun Mil qəsəbə sakini 1979-cu il təvəllüdlü Həsənova Gülzaman Bəxtiyar qızı yaşadığı evin həyətindəki tikilidə özünü asıb.
Onun ruhi xəstəlikdən müalicə aldığı bildirilir.
Tərtərdə isə Bayandur kənd sakini, 1993-cü il təvəllüdlü Quliyeva Nərmin Firudin qızı qonşuluqda yaşayan nənəsigilin həyətindəki tikilidə özünü asaraq intihar edib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə (125-ci maddə) cinayət işi başlanıb.
Azərbaycanda bir gündə iki qadın intihar edib
Azərbaycanda bir gündə iki qadın intihar edib.