...

Qulaqlıqla musiqi dinləyən piyadaların uğradığı qəzaların sayı artıb

Hadisə Materials 17 Yanvar 2012 20:46 (UTC +04:00)
ABŞ-da qulaqlıqla yüksək səsli musiqi dinləyən piyadaların uğradığı qəzalar 6 il ərzində 3 dəfə artıb.
Qulaqlıqla musiqi dinləyən piyadaların uğradığı qəzaların sayı artıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Salmanov/

ABŞ-da qulaqlıqla yüksək səsli musiqi dinləyən piyadaların uğradığı qəzalar 6 il ərzində 3 dəfə artıb. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Radikal" qəzetinə istinadən məlumat verir.

Amerikalı elm adamlarının apardığı araşdırmaya görə, qəzaya düşənlərin əksəriyyəti gənclərdir. Onların orta hesabla yaşı 21-dir. Qəzaların əksəriyyəti isə şəhər yerlərində qeydə alınıb.

Qəzaya uğrayan piyadaların 55 faizini qatar vurub. Araşdırmaya əsasən, qəzaya düşənlərin 68 faizi kişi, 67 faizi isə 30 yaşından aşağı olan insanlardır.

Ümumilikdə 2004-cü ilin yanvarından 2011-ci ilin mayına qədər qulaqlıqla yüksək səsli musiqi dinləyən piyadaların iştirakı ilə 116 qəza hadisəsi baş verib. Onlardan 81-i ölümlə nəticələnib.

Xəbər lenti

Xəbər lenti