Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda saxta əsginazlar qanunsuz dövriyyədən çıxarılıb.
Trend-in çərşənbə axşamı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad və Biləsuvar rayon polis şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq saxta əsginaz götürülüb.
Qəhrəmanovun saxta əsginazları həmyerlisi Bəhruz Əsgərovdan alması müəyyən edilib.
Hər iki şübhəli şəxs saxlanılıb.
Azərbaycanda saxta əsginazlar qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda saxta əsginazlar qanunsuz dövriyyədən çıxarılıb.