...

Bakıda "on-line" qumarxana aşkar edilib

Hadisə Materials 1 Fevral 2012 13:09 (UTC +04:00)
Bakıda "on-line" qumarxana aşkar edilib.
Bakıda "on-line" qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda "on-line" qumarxana aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun "on-line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib.

Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kompüter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti