...

Yol polisi: Bakı küçələrində təhlükəli vəziyyət yaranıb

Hadisə Materials 1 Fevral 2012 19:19 (UTC +04:00)
Şaxtalı hava şəraiti ilə əlaqədar bu gün axşam saatlarında Bakıda maddi ziyanla nəticələnən 14 yol nəqliyyat hadisəsi baş verib.
Yol polisi: Bakı küçələrində təhlükəli vəziyyət yaranıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Şaxtalı hava şəraiti ilə əlaqədar bu gün axşam saatlarında Bakıda maddi ziyanla nəticələnən 14 yol nəqliyyat hadisəsi baş verib. Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

O bildirib ki, şaxtalı hava şəraiti ilə əlaqədar Bakının əksər küçə və prospektləri buz bağladığı üçün nəqliyyatın hərəkətində əlverişsiz və təhlükəli şərait yaranıb.

Xüsusən, Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, Bakıxanov körpüsü, Mirəli Qaşqay, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində təhlükəli vəziyyət yaranıb. Bu ərazilərdə yollar buz bağladığından nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Əsədov bildirib ki, İdarəyə avtovağzal ətrafında bir neçə avtomobilin toqquşması ilə nəticələn qəza haqqında məlumat daxil edilib və hazırda araşdırılır.

İdarə sürücülərdən şaxtalı hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti