...

Bakıda dörd nəfəri don vurub, ölən var

Hadisə Materials 3 Fevral 2012 10:41 (UTC +04:00)
Şaxtalı hava şəraiti ilə əlaqədar Bakıda 4 donvurma hadisəsi qeydə alınıb.
Bakıda dörd nəfəri don vurub, ölən var

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Şaxtalı hava şəraiti ilə əlaqədar Bakıda 4 donvurma hadisəsi qeydə alınıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, donvurmaya məruz qalanlardan 3-ü xəstəxanaya çatdırılıb və onlar "bomj" olub.
Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsində 45-50 yaşlarında kişi küçədə donvurmadan ölüb. Həmin şəxsin meyiti polisə təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti