...

Bakıda ötən gün 46 nəfər sürüşmə nəticəsində travma alıb

Hadisə Materials 4 Fevral 2012 10:33 (UTC +04:00)
Ötən gün Bakıda yolların buzlu olması əlaqədar 46 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb.
Bakıda ötən gün 46 nəfər sürüşmə nəticəsində travma alıb

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir İ.İsabalayeva/

Ötən gün Bakıda yolların buzlu olması əlaqədar 46 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

O bildirib ki, sürüşən şəxslərin 30-u xəstəxanalara yerləşdirilib.

Ümumilikdə ötən gün yol nəqliyyat və məişət hadisələri də daxil olmaqla 74 nəfər travma alıb. Onların 49-u xəstəxanaya çatdırılıb.

Keçən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1500 müraciət daxil olub. Müraciət edənlərin 136-ı xəstəxanaya catdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti