...

Türkiyədə iri yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 7 Fevral 2012 17:02 (UTC +04:00)
Çərşənbə axşamı Türkiyənin Kayseri şəhərində 20 avtomobilin iştirakı ilə iri yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə iri yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A. Tağıyeva/

Çərşənbə axşamı Türkiyənin Kayseri şəhərində 20 avtomobilin iştirakı ilə iri yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Hadisə nəticəsində bir çox sərnişinlər müxtəlif dərəcəli xəsarət alıblar. Ölənlər haqqında hələlik məlumat verilmir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb pis hava şəraiti olub.

Xəbər lenti

Xəbər lenti