...

Bakıda maye qaz daşıyan yük maşını aşıb

Hadisə Materials 8 Fevral 2012 13:53 (UTC +04:00)
Bakıda maye qaz daşıyan yük maşını aşıb. Bu barədə Trend-ə Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Bakıda maye qaz daşıyan yük maşını aşıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda maye qaz daşıyan yük maşını aşıb. Bu barədə Trend-ə Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə bu gün saat 13:00 radələrində Bakının Nizami rayonu ərazisində Bakı neftayırma zavodunun yaxınlığında, qaz yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib. Hadisə yerinə 12-dən çox yanğınsöndürən maşın gəlib.

Hazırda yanğının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.

İlkin məlumata görə xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti