Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yolda qalan sərnişinləri xilas edib.
Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində bir halda "Hyundai" və "Mercedes" markalı 2 ədəd minik avtomobili, digər halda isə "Ford" və "Suzuki" markalı 2 sərnişin avtobusu hava şəraiti ilə əlaqədar yolda çətin vəziyyətlə üzləşib.
Xilasedicilər müvafiq texnika vasitəsilə yolda qalmış avtomobillərin hərəkətinin bərpa edilməsi üçün zəruri tədbirlər görüblər.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yolda qalan sərnişinləri xilas edib
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yolda qalan sərnişinləri xilas edib.
