...

Bakıda yol qəzasında bir nəfər ölüb

Hadisə Materials 17 Fevral 2012 12:54 (UTC +04:00)
Bakıda yol qəzasında bir nəfər ölüb.
Bakıda yol qəzasında bir nəfər ölüb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda yol qəzasında bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Azsamand" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Nəticədə, sürücü - 1973-cü il təvəllüdlü Vüqar Arif oğlu Həsənov hadisə yerində ölüb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Həsənovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti