Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Şabranda su kanalına düşmüş rayon sakininin meyiti tapılıb.
Trend-in cümə axşamı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də Şabran rayonu ərazisindəki Samur-Dəvəçi kanalına düşmüş 1972-ci il təvəllüdlü Pənah Vaqif oğlu Ramazanovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb.
Qeyd edilən şəxsin cəsədi aidiyyəti üzrə təhvil verilib.
Şabranda su kanalına düşmüş rayon sakininin meyiti tapılıb
Şabranda su kanalına düşmüş rayon sakininin meyiti tapılıb.
