Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/
Tovuzda orta məktəb yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Səfərli kəndində ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli kənd orta məktəbinin 5 sinif otağının yanar konstruksiyaları və dam örtüyü 160 kv.m sahədə yanıb.
Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.