Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə kursantlar arasında dava olub.
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Emin Nəsirov kursant yoldaşı, 1-ci kursda oxuyan Müşfiq Nurməmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.
Nurməmmədov hərbi hospitala yerləşdirilib, vəziyyəti stabildir.
Məlumata görə, insidentə kursantlar arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə səbəb olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib. Bildirib ki, yaralı kursant həkim nəzarətindədir. Hadisəni törədən kursan isə qauptvaxta salınıb.
Faktla bağlı araşdırma aparılır.