Azərbaycan, Bakı, 16 mart / Trend, müxbilər T.Cəfərov, E.İsmayılov /
Əfqanıstanda qəzaya uğrayan helikopterin göyərtəsində azərbaycanlı sülhməramlı olmayıb. Bu barədə Trend-ə Əfqanıstanın Müdafiə Nazirliyindəki mənbə bildirib.
Əfqanıstandakı Türkiyə sülhyaratma qüvvələrinin tərkibində 90 azərbaycanlı sülhməramlı xidmət edir.
Azərbaycanın həm də Əfqanıstanda akreditə olunmuş Pakistandakı səfirliyindən Trend-ə bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində azərbaycanlı sülhməramlıların olması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.
Cümə günü Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb. Nəticədə 10-dan artıq türk sülhməramlı həlak olub. Helikopter NATO-nun Əfqanıstandakı koalisiyası ISAF-a məxsus olub.
Əfqan KİV-in yaydığı məlumata görə, helikopter Türkiyənin sülhyaratma qüvvələrinə məxsus olub və qəzaya asəbəb helikopterin yaşayış binası ilə toqquşmasıdır.
Helikopterin göyərtəsində mülki vətəndaşların olması ilə bağlı hələlik məlumat yoxdur.
Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu da Əfqanıstanda Türkiyə helikopterinin qəzaya uğraması faktını təsdiqləyib. Lakin o qeyd edib ki, qəzada həlak olanların dəqiq sayı məlum deyil.