...

Bir gündə iki yanğın: ölən və xəsarət alan var

Hadisə Materials 17 Mart 2012 12:14 (UTC +04:00)
Sumqayıtda ev yanıb, ev sahibi ölüb.
Bir gündə iki yanğın: ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda ev yanıb, ev sahibi ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 16-da saat 09:05 radələrində Sumqayıt şəhərinin "Qurd dərəsi" adlandırılan bağlar sahəsində Rasim Nağıyevə məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti aşkar edilib.

Həmin gün saat 20:15 radələrində Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 29-un qarşısındakı avtomobil dayanacağındakı gözətçi otağında yanğın olub.

Nəticədə oranın yanar konstruksiyaları yanıb, gözətçi - Balakən rayon sakini Vaqif Dibirov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti