...

Bakıda iki minik avtomobili toqquşub, ölən var

Hadisə Materials 19 Mart 2012 10:31 (UTC +04:00)
Bakıda iki minik avtomobili toqquşub, bir nəfər ölüb.
Bakıda iki minik avtomobili toqquşub, ölən var

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki minik avtomobili toqquşub, bir nəfər ölüb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Yeni Günəşli yaşayış massivi, Fətullayev küçəsində Hüseynov Mahir Gülağa oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Ağazadə Rauf Fəxrəddin oğlunun sürdüyü "VAZ 2107" toqquşub.

Nəticədə Ağazadənin sərnişini, 1982-ci il təvəllüdlü Xudaverdiyev Şamil Mirələm oğlu ağır xəsarətlər alıb və 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti