Azərbaycan, Bakı, 20 mart /Trend/
Şirvan şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 19-da saat 20:20 radələrində Şirvan şəhəri ərazisində Sabirabad rayon sakini Camal Ağamalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən Gülgəz Hümbətovanı vurub. Nəticədə Hümbətova hadisə yerində ölüb.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
Martın 19-da saat 01:30 radələrində Səbail rayonu Salyan yolu küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Aslan Aslanov vurulub. Nəticədə xəsarət almış Aslanov xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Yasamal rayonu Moskva prospektində saat 04:00 radələrində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rafiq Cəfərov vurulub. Nəticədə xəsarət almış Cəfərov xəstəxanaya yerləşdirilib.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Ümumlikdə, gün ərzində respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.