...

Azərbaycanda avtomobil oğruları tutulub

Hadisə Materials 23 Mart 2012 13:41 (UTC +04:00)
Azərbaycanda avtomobil oğruları tutulub.
Azərbaycanda avtomobil oğruları tutulub

Azərbaycan, Bakı, 23 mart /Trend/

Azərbaycanda avtomobil oğruları tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-nə keçən gecə H.Babayev küçəsində Bakı şəhər sakini Kamil Əmrahova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Yalçın Xanməmmədov tutulub.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də İlkin Ağayevə məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulub.

Həmçinin, martın 21-də Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsindən Ağdam rayon sakini Seymur Əliyevə məxsus "VAZ-21214" markalı avtomaşın qaçırılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Hüseynov tutulub.

RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti