...

Bakıda qadın məhkuma narkotik gətirən anası saxlanılıb (FOTO)

Hadisə Materials 26 Mart 2012 10:51 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Bakıda qadın məhkuma narkotik gətirən anası saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qadın məhkuma narkotik gətirən anası saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Xidmətin və 4 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Qulamova Lalə Qulam qızının yanına qısamüddətli görüşə gəlmiş anası Qulamova Gülçöhrə Qafar qızının üzərinə baxış keçirilən zaman əynində olan jiletin cibindəki əl dəsmalının içində 1 ədəd sellofana bükülmüş ümumi çəkisi 1,196 qram olan heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Lalə Qulamova Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə (narkotiklərin qanunsuz saxlanılması, daşınması) təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti